Avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
22.08.2016 - 21:56
Gəncədə 17 yaşlı qız əməliyyat zamanı ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1999-cu il təvəllüdlü Aygün Orucova şəhərdə olan özəl tibb mərkəzlərinin birində burundan əməliyyat olunan zaman dünyasını dəyişib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.