Gəncə şəhər Nizami Gəncəvi prospektində baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Bunlar, 1982-ci il təvəllüdlü Kamil Oktay oğlu Mahmudov və 1995-ci il təvəllüdlü Əmrah Azad oğlu Kərimzadədir.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır olaraq qalır. Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma aparılır
20:28
Gəncə şəhərində yol qəzası baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticədə üç nəfər xəsarət alıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev