Göygöl rayonunun Çaykənd kəndində elektrik enerjisi ilə bağlı yaranan problem aradan qaldırılıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən verilib.
"Hazırda Çaykənd istiqamətində yaranan problem tam aradan qaldırılıb və kəndin elektrik enerjisi ilə təminatı bərpa olunub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bölgələrə yağan güclü qar səbəbindən bəzi ucqar kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr meydana gəldiyi barədə məlumat vermişdik.
Əzizə İsmayılova