Güclü külək qərb bölgəsinin bir sıra ərazilərini işıqsız qoyub.
Belə ki, Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, irigövdəli ağacın aşması nəticəsində bir sıra ərazilərdə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.
Hazırda problem aradan qaldırılıb.