"İşğaldan azad edilmiş Ağalı kəndində yaradılan şəhərsalma praktikasından yararlanmaq olar".
Oxu.Az xəbər verir ki, bunu İsveçrədə inteqrasiya olunmuş şəhər həlləri üzrə direktor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Şəhər transformasiyası praktikada: Təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri" adlı tədbirdə deyib.
O bildirib ki, Avropada şəhər və kənd həyatı ilə bağlı bəzi siyasi nəzəriyyələr var, lakin müxtəlif regionlarda fərqli praktikalar mövcuddur:
"Məsələn, Ağalı kəndində yaradılan şərait çox yaxşıdır. Bura həm şəhər, həm də kənddir.
Burada daha çox şəhərətrafı yaşayış tipinə bənzəyən ev modeli qurmağa çalışılıb, amma eyni zamanda, hər ev və hər yaşayış vahidi üçün kiçikmiqyaslı kənd təsərrüfatı fəaliyyəti də nəzərdə tutulub. Bu təcrübələrdən yararlanmaq olar".