Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Həmyerlimiz Rusiya-Ukrayna müharibəsində İTKİN DÜŞDÜ
Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.
Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən və yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.
Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.
Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.
1989-cu il təvəllüdlü E.Nuriyev ailədir, iki övladı var.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Britaniyadan ABŞ-nin Ukraynanın təbii ehtiyatları ilə bağlı istəyinə REAKSİYA
- Trampdan danışıqlarla bağlı ANONS: Ərazilər Ukraynaya qaytarılacaq?
- Türkiyə Ukraynaya qoşun yeridə bilər?
- İstanbulda Rusiya-ABŞ görüşü başa çatıb: Danışıqlar 6 saatdan çox davam edib
- Makronun Vaşinqtona səfəri BOŞ VAXT İTKİSİ adlandırıldı