Bu gün Həştərxanda yerləşən Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda əldə etdikləri nailiyyətlərə görə 10 şagirdə və 5 ən yaxşı müəllimə Heydər Əliyev fondunun mükafatlarının təntənəli təqdimat mərasimi keçirilib.
Oxu.Az Vesti.Az-a istinadla xəbər verir ki, tədbirdə Bakı şəhərinin Nərimanov rayonunun icra hakimi Rəşid Ağayev, Ümumrusiya Azərbaycan konqresinin Həştərxan regional şöbəsinin sədri Ədalət Hüseynov, “Azərbaycan” milli mədəniyyət cəmiyyətinin sədri Vagit Rəhimov, AMOR regional şöbənin rəhbəri Elvin Hüseynov, ictimaiyyət nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Öz çıxışında Rəşid Ağayev Heydər Əliyev fondunun fəaliyyəti barədə danışıb.
Sonra isə Heydər Əliyev fondu adından Ədalət Hüseynov mükafatları təqdim edib.
Ümumməktəb valideyn komitəsinin nümayəndəsi, professor Gülnarə Saqitova diqqət üçün Heydər Əliyev fonduna minnətdarlığını bildirib.