Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Bildirilir ki, “Nissan” və “Hyundai” markalı avtomobillər toqquşub.
İnsan itkisi ilə bağlı məlumat yoxdur. Hər iki avtomobilə ciddi ziyan dəyib.