Tikinti sənayəsinin təməli olan sement və beton iqtisadiyyatın strateji sahələrdən birini təşkil edir və ölkənin inkişafında mühüm rol oynayır. Öz xüsusiyyətinə görə bu, çox sərmayə tələb edən, yeni iş yerləri yaradan və mənzil, şəhər, yollar və s. infrastruktur sahələri üçün məhsul yaradır.
Əvvələr sement və betonda əsas tələb olunan şərtlərdən biri qiymət idi isə, bu gün ekoloji komponent, funksionallıq, prosesin təhlükəsizliyi və yerli xammalın istifadəsi ön plana çıxır. Bütün bu amillər istehsalatda texnoloji həllərin optimallaşdırılmasına təsir göstərir.
Tikinti materiallarının istifadəsi prosesi elmi və texniki yanaşma, innovasiyalar və beynəlxalq təcrübə tələb edir. Məhz bu məsələlər “Holcim” şirkəti tərəfindən təşkil olunan görüşdə müzakirə edildi. Dəvət olunan qonaqların arasında Elmlər Akademiyası, Dadaşov adına Elmi tədqiqat institutu, Memarlıq və İnşaat universtiteti FHN yanında tikinti təhlükəsizliyinə nəzarət agetliyi, Dövlət şəhərsalma və Arxitektura komitəsi və ölkənin tikinti inkişafında rolu olan tanınmış memar və kanustuktor nümayəndələri var idi.
“Qlobal sement və tikinti materialları istehsalçısı olan “LafageHolcim”in bir hissəsi olaraq biz Azərbaycanda innovativ nailiyyətlərimizi tətbiq edirik. Potensial imkanlarımız hazırda istifadə etdiyimiz imkanlardan daha genişdir. Bizim Liondakı elmi araşdırmalar institutumuz müxtəlif seqmentlə və müştərilərimizin sifarifinə əsasən unikal sement və beton resptləri (tərkibləri) hazırlarlamağa qadirdir.
Mən əminəm ki, yerli alimlərin elmi potensialını və “LafargeHolcim”in beynəlxalq ekspertizasını birləşdirərək, ölkənin tikinti sənayesinin inkişafına böyük töhfə verə bilərik”, - baş direktor Frederik Guimbal öz çıxışında qeyd etdi.
Mənzil tikintisi həcminin artırılması, geniş miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye və iqtisadi potensialın inkişafı üçün imkanların açılması məsələlərini daha səmərəli həll etməyə kömək edən kəmiyyət və keyfiyyət dəyişikliklərinə ehtiyac var.
Problemlərdən danışan tədbir iştirakçıları, tədqiqat institutları və biznes şirkətləri arasında koordinasiyanın az olduğunu, elmi-tədqiqat və eksperimental laboratoriya işlərinin yetərli olmadığına toxundular.
Həmçinin, beynəlxalq standartların tətbiqi və uyğunlaşması ətrafında maraqlı bir müzakirələr aparıldı. Sonda iştirakçılar belə görüşlərin mütəmaddi keçirilməsinin əhəmiyyətli olduğunu və dialoqun faydalı olduğunu vurğuladılar.
**********
“Holcim Azərbaycan” 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən “LafargeHolcim” Qrupun üzvüdür.
“LafargeHolcim” dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.