Yanıq xəsarətləri alanlardan ikisi yeniyetmə, biri isə yaşlı kişidir.
Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, xəstələrin vəziyyəti orta-ağırdır.
Həmçinin, qeyd edilib ki, bir nəfərə hadisə yerində yardım edilib.
İçərişəhər Qoruğundan saytımıza verilən məlumatda bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyin əməkdaşları cəlb edilib. Partlayışın səbəbi bilinmir.
17:57
Bakıda qaz sızmasından partlayış baş verib.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.
İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda beş nəfər xəsarət alıb.
Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.
Könül Cəfərli
17:50
İçərişəhərdə partlayış olub.
Report xəbər verir ki, partlayış nəticəsində yeddi nəfər yanıq xəsarətləri alıb.
Hadisə İlyas Əfəndiyev küçəsi 10 ünvanında baş verib.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, hazırda üç nəfər yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsi aparılıb.
Partlayışa görə təcili tibbi yardım əməkdaşlarının əraziyə yaxınlaşmasına icazə verilmir.