Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İcra başçısının müavini işdən çıxarıldı
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Kazım qızı Əhmədova bir neçə gün əvvəl yaşa görə təqaüdə göndərilib.
Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən İcra Hakimiyyətində yenidən dövlət qulluğunda fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
"Vəzifədən azad olunma" teqi üzrə xəbərlər
- Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ
- Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu TƏYİN ETDİ
- Naxçıvanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub
- Ədalət Abbasov vəzifəsindən azad edildi
- Agentlik sədri Sumqayıt üzrə rəisi işdən çıxartdı