Aprelin 27-də gündüzdən aprelin 28-də gündüzədək Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İntensiv yağış, dolu, bəzi yerlərə qar yağacaq - XƏBƏRDARLIQ - VİDEO
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Qaynar xətt:
(055) 224 12 12