Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup müəllimi təqaüdə yola salınıb.
Universitetdən Oxu.Az-a verilən məlumata görə, bunlar əməkdar müəllimlər, UNEC-in fəxri professorları Şakir Bədəlov, Rafiq Bəşirov, Asif Kərimov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Qəmbər Əliyev və baş müəllim, UNEC-in fəxri dosenti Rəfiqə İbrahimovadır.
Universitetin rektoru, professor Ədalət Muradov onların daima doğma kollektivlə dostluq əlaqələrini qoruyub saxlayacaqlarına əminliyini ifadə edib.
Görüşün sonunda müəllimlər universitetin inkişafına verdikləri töhfələrə, gənc nəslin yetişməsində, peşəkar mütəxəssilərin hazırlanmasında nümunəvi xidmətlərinə və səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər.
Z.Q.
www.oxu.az