“Dərman firmaları həkimlərlə əlaqəyə girərək müraciət edən xəstələrə satılmayan dərmanlarını yazdırırlar”.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin müşaviri Manaf Bayramov dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.
O bildirib ki, 2 manatlıq Hindistanın dərmanını firma aptekdə 16 manata satdırırsa, Almaniyanın həmin tərkibli dərmanı 4 manata satılır, çünki əyri yollara getmir.
“Bir dərmanı gətirən şirkət digər idxalçının gətirdiyi dərmanın qiymətini Nazirliyin saytında yerləşən cədvələ əsasən hesablaya bilər”.
E.Ə.
www.oxu.az