Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində, “Aura” şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu “Mercedes” markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.
“Mercedes”in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az