Donald Trampın administrasiyası İrana qarşı hərbi alyansın yaradılmasına dair ərəb müttəfiqləri ilə danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetinə istinadən RİA Novosti məlumat yayıb.
Alyansa Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya kimi dövlətlər daxil ola bilər, bu barədə qəzetə ərəb ölkələrindən olan beş məmur bildirib. Ərəb dünyasının digər ölkələri də alyansa qoşula bilərlər.
Məlumata görə, alyans NATO sisteminin komponentinə sahib olacaq. Belə ki, alyansın bir üzvünə hücum, ümumilikdə, bütün alyansa hücum hesab ediləcək.
Alyansın necə fəaliyyət göstərəcəyinə dair detallar, hələlik hazırlanır, mənbə bildirib.
N.O.
www.oxu.az