Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"
İsmayıllı rayonunun Diyallı kəndində baş vermiş torpaq sürüşməsindən sonra evləri qəzalı vəziyyətə düşən və daha sonra yeni evlə təmin edilən sakinlər yol və su problemindən əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, nə kəndin yolları təmizlənir, nə də tullantılar daşınır. Onlar deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, mövcud problemlər həllini tapmır.
"Qış olanda su donur. Gedib başqa kəndlərdən gətirməli oluruq. Artezian var, amma bizə su gəlmir", - deyə sakinlər narazılıq bildiriblər.
Baku TV-nin çəkiliş qrupu məsələni aydınlaşdırmaq üçün kənd bələdiyyəsinə yollanıb.
Bələdiyyənin səlahiyyətlərini icra edən şəxsin başqa kənddə olduğunu deyən icra nümayəndəsi vətəndaşları narahat edən problemlərə belə cavab verib:
"Kəndin bələdiyyəyə 15 min manat borcu var. Bələdiyyə dövlət büdcəsindən maliyyələşmir. Vətəndaş bir manat da vəsait ödəmirsə, bələdiyyə küçələri hansı büdcə ilə düzəltsin?!"
Ətraflı süjetdə:

"Azərbaycanda yol problemi" teqi üzrə xəbərlər
- Metronun "28 May" stansiyasının qarşısında çökən yol ilə bağlı AÇIQLAMA
- Hacıqabulda yolsuzluq PROBLEMİ: "Dəfələrlə desək də, HƏLL EDƏN YOXDUR"
- "Kənd vergi vermədiyi üçün yola asfalt çəkilmir" - RİH cavabdan yayındı
- Hövsanda yol problemi: "Palçıqlı ayaqqabılarla marşruta minməkdən bezmişik"
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?