Lüks seqmentə məxsus “Jaguar” və “Land Rover” brendlərinin Azərbaycanda rəsmi distribüteri “Avtolüks Azərbaycan” şirkəti ötən ilin sonlarında start verdiyi satış kampaniyasını uğurla davam etdirir.
Qeyd edək ki, kampaniya çərçivəsində bütün “Land Rover” modellərinə 30 000 AZN-dək, bütün “Jaguar” modellərinə isə 15 000 AZN-dək endirimlər tətbiq olunur. Avtomobilləri həm nağd, həm də 20% ilkin ödəniş, 12% illik bank faizi olmaqla, dörd ilədək sərfəli kreditlə də əldə etmək mümkündür. Şirkət kampaniya ilə yanaşı fərdi sifarişləri də qəbul edir.
Ötən ilin mart ayından fəaliyyətə başlayan “Jaguar Land Rover” Mərkəzində müştərilərə hər iki brendə aid bütün model cərgəsi təklif olunur. Satılan hər avtomobilə beş il və ya 150 000 km rəsmi istehsalçı zəmanəti, habelə beş il və ya 65 000 km ödənişsiz dövri texniki təmir xidməti təqdim edilir.
Lisenziyalı proqram təminatı və ən müasir avadanlıqlarla təchiz olunmuş Texniki xidmət mərkəzində isə avtomobillərə peşəkar servis xidmətləri göstərilir.
“Jaguar” və “Land Rover” avtomobillərini əldə etmək istəyənlər həftəiçi hər gün saat 10:00 – 19:00 aralığında Aşıq Molla Cümə 42B ünvanında yerləşən Satış və Servis Mərkəzinə müraciət edə bilərlər.
Tel: +994 12 983
Mob: +994 55 983 0 983
https://www.jaguar-azerbaijan.com/az/
https://www.landrover-azerbaijan.com/az/