Yeni tədris ili başladı. Bu il – yeni tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq. Birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir.
Təhsil Nazirliyinin məlumatına görə, 2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.
Bakıda isə ümumi təhsil məktəbləri üzrə I sinifə 46000-dən çox uşaq gedib. Cari tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq. Onlardan IX sinfində 27514, XI sinfində 19530, XII sinfində 635 şagird təhsil alacaq.
Oxu.Az-ın Modern.az-a istinadla məlumatına görə, bu gün ilk dəfə təhsil ocağına qədəm qoyan uşaqlar arasında jurnalist övladları da var.
“Hafta.az” saytının əməkdaşı Naibə Qurbanovanın oğlu Sədi bu il ilk dəfə orta məktəbə qədəm qoyan 1-cilərdəndir.

“Oxu.az” saytının redaktoru Amil Hacıyev övladını - qızını 1-ci sinfə yola salan jurnalistlərdəndir.

Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımovanın oğlu Yusif bu gün 1-ci sinfə gedib.

“Axar.az” saytının baş redaktoru Anar Niftəliyev qızı İncini 1-ci sinfə aparıb.

APA İnformasiya Agentilinin əməkdaşı Aqşin Rafiqoğlu qızı Zəhranı 1-ci sinfə yola salıb.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziyanın isə oğlu Ömər 6 yaşı tamam olduğundan 1-ci sinifdə dərslərə başlayıb.

“Report.az”ın əməkdaşı Namiq Hüseynov da qızı Fidanı 1-ci sinfə yola salan jurnalist valideynlərdəndir.

Şair-jurnalist Əvəz Qurbanlının oğlu Güntayı da 1-ci sinifdə təhsilə başlayıb.

“Azərxalça” ASC-nin mətbuat katibi Ləman Ələşrəfqızının övladı Nilufər bu il 1-ci sinfə yola salınan 6 yaşlılar arasındadır.

“Bakı xəbər” qəzetinin müxbiri Vidadi Ordahallı da qızını bu gün ilk dəfə dərsə - 1-ci sinfə aparıb.

“Yeniçağ.az”ın əməkdaşı Araz Zeynalovun oğlu Ramal bu gün 1-ci sinifdə təhsilə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Rəvan Soltanovun oğlu Harun Soltanzadə bu gün ilk dəfə məktəbə - 1-ci sinfə gedib.

A.S.
www.oxu.az