Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
Azərbaycanın bəzi bölgələrində dekabrın 15-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağdərə, Mingəçevir, Şəki, Balakən. Qax, Zaqatalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
"Milli Hidrometeorologiya Xidməti" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər