Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində batan 4 nəfərin hamısının meyitləri tapılaraq sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, Qazax rayon İcra Hakimiyyəti aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə avqustun 2-də rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.
Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür çayının kənarına gedib. Tofiq Civişovun 1998-ci il təvəllüdlü oğlu Rafiq Civişov ehtiyatsızlıqdan çayda boğulmağa başlayıb. Onu xilas etməyə çalışan anası - 1969-cu il təvəllüdlü Pərvanə Civişova, Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişova da özlərini suya atıblar. Onların dördü də çayda batıb.
Əraziyə gələn FHN-in “Aran” Dalğıc Axtarış Qrupunun əməkdaşları avqustun 3-də Pərvanə Civişovanın və oğlu Rafiq Civişovun meyitlərini sudan çıxarıblar. Avqustun 4-də səhər Gülmirə Civişovanın meyiti Kürün Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu gün səhər isə ailənin hamilə qızı, 1992-ci il təvəllüdlü Aytən Civişovanın meyiti tapılaraq sudan çıxarılıb.
15:18 - 04.08.2014
Kürün Qazax rayonu ərazisindən keçən hissəsində batan 4 nəfərdən 3-nün meyiti tapılaraq sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, Qazax rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə avqustun 2-də rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib. Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür çayının kənarına gedib.
Oğlu - 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb. Onu xilas etməyə çalışan anası - 1969-cu il təvəllüdlü Pərvanə Civişova, Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar. Onların dördü də Kür çayında batıb.
Əraziyə gələn FHN-in “Aran” Dalğıc Axtarış qrupunun əməkdaşları dünən Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar. Bu gün səhər isə 1994-cü il təvəllüdlü Gülmirə Civişovanında meyiti Kürün Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda ailənin hamilə qızı, 1992-ci il təvəllüdlü Aytən Civişovanın axtarışı davam edir.
15:20 - 03.08.2014
Çay kənarında istirahət bir ailənin faciəsi ilə nəticələnib.
Oxu.Az Kəpəz TV-yə istinadən bildirir ki, Qazağın Çaylı kənd sakini Tofiq Civişov və ailə üzvləri Kür çayının Birinci Şıxlı kəndi ərazisində istirahət edən zaman oğlu 17 yaşlı Rafiq balıq tutarkən çaya yıxılıb. Bu zaman onu xilas etmək üçün əvvəlcə anası Pərvanə Civişova, daha sonra isə qızları Aytən və Gülmira suya atılıblar. Nəticədə isə ana və ailə üzvləri suda boğularaq həyatını itirib.
Ailə başçısı Tofiq Civişov və onun kürəkəninin cəhdləri də bir nəticə verməyib. Ötən gün saat 3 radələrində baş verən hadisə zamanı yalnız ana Pərvanə Civişovanın meyitini sudan çıxarmaq mümkün olub. Hazırda FHN-in əməkdaşları 2 bacı və bir qardaşın axtarışlarını davam etdirirlər.
Qeyd edək ki, Kürün qurbanı olan ailənin böyük qızı Aytən Civişova hamilə olub.