Mingəçevirdə yaşayan, iki gənc digər ustalardan fərqlənir. Onlar istifadə olunmayan şalvar, gödəkçə və digər parçalardan fərqli görünüşü olan ayaqqabılar hazırlayırlar. Maraqlı məqam ondan ibarətdir ki, hər iki şəxs nə danışa, nə də eşidə bilir.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, anadagəlmə lal-kar olan Mehdi Məmmədov və Nurlan Abbasovun əl işlərinə Mingəçevirdə maraq böyükdür.
Yerli sakinlər onların hazırladıqları ayaqqabların sərfəli və keyfiyyətli olduğunu deyirlər. sənətkarlar istifadə müddətini başa vuran ayaqqabları təmir də edirlər.
Onlar 10 ilə yaxındır ki, bu peşə ilə məşğul olurlar. Qeyd edək ki,hazırda Mingəçevirdə 319 nəfər lal-kar qeydiyyatdadır ki, onlar arasında da müxtəlif peşə sahibləri var.
S.B.
www.oxu.az