Lənkəran rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 5-ə çatıb.
Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, qəzada yaralananlardan biri - Reyhan Mahmudova xəstəxanada keçinib.
Hadisə zamanı ölən və yaralananların hamısının adları məlum olub. Ölən şəxslər aşağıdakılardır:
- Bəxtiyar Qiyas oğlu Quliyev - Lənkəran rayonunun Boladi kənd sakini, 1963-cü il təvəllüdlü, “VAZ-2106”nın sürücüsü;
- Əzizə Ağadadaş qızı Quliyeva - sürücünün həyat yoldaşı;
- Bahar İmran qızı Bağırova - Boladi kənd sakini;
- Nazilə Hacıbala qızı Seyfullayeva - Boladi kənd sakini;
- Reyhan Fərhad qızı Mahmudova - 1965-ci il təvəllüdlü, Boladi kənd sakini.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş şəxslər aşağıdakılardır:
- Eldar Zeynal oğlu Aslanov - 1977-ci il təvəllüdlü, Parakənd qəsəbə sakini; “Mercedes”in sürücüsü;
- Elman Balazər oğlu Ağazadə - 1974-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini;
- Akif Əbülhəsən oğlu Nuriyev - 1979-cu il təvəllüdlü, Parakənd qəsəbə sakini;
- Murad Orucəli oğlu Cəfərli - 1994-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini;
- Elvin Həmzə oğlu Mirzəzadə - 1994-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini.
09:12
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06:00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az