Gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilidə yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
A.S.
www.oxu.az