Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mehdiabad-Digah-Məmmədli yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
Sabah (3 sentyabr, saat 06:00-dan başlayaraq) Mehdiabad-Digah-Məmmədli "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Qubada asma körpü qəzalı vəziyyətdə: Xəstəni uzun məsafəyə xərəkdə daşıdılar
- Bakıda yeni avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlanıb
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlanıb
- Süleyman Vəzirov küçəsinin bir hissəsi bağlanır
- Qubada qaya uçqununa görə bağlanan yolda hərəkət bərpa olunub
Ən çox oxunanlar