İyulun 10-dan start verilən 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.
Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.