Gəncədə minik avtomobili su daşıyan maşınla toqquşub, xəsarət alanlar var.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Samir Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil su daşıyan maşınla toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişin - Məmmədov Aqil Salman oğlu yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nazir QULİYEV