Dünən eşidirəm ki, 1 nəfər atası üçün 6 min manatlıq başdaşı sifariş edib. Belə olmaz, dövlət istəyir ki, bu cür hallar olmasın.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa parlamentdə büdcə müzakirələri zamanı səsləndirib.
“Özü də bu pulu kredit götürüb. Bunu necə ödəyəcəyi hələ məlum deyil. Bu yaxınlarda Dini Komitə tərəfindən addımlar atıldı ki, dini mərasimlərə çox pul xərcləməyin. Lakin insanlar yenə də bu hərəkətlərindən əl çəkmədilər”.
E.Ə.
www.oxu.az