Azərbaycan Ordusunun giziri şəhid olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən cəbhə bölgəsində qeydə alınıb.
Ordumuzun giziri Kainat Məhəmmədəli oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. O aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, dünən saat 20:45-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissənin giziri 1989-cu il təvəllüdlü Abdullayev Kainat Məhəmmədəli oğlu düşmən gülləsindən şəhid olub.
Allah rəhmət eləsin!