Ural Hava Yollarına məxsus təyyarənin Moskvadan Gəncəyə uçuşu reallaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Domodedovo hava limanındakı onlayn lövhədə məlumat verilib.
Xəbərə görə, uçuş Moskva vaxtı ilə saat 14:52-də (Bakı vaxtı ilə saat 15:52 - red.) baş tutub.

Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb.
Oxu.Az-ın xəbərinə görə bu barədə Rusiyanın "Telegram" kanallarında məlumat verilib.
Ural Hava Yollarının "U62411" reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 10:00 (Bakı vaxtı ilə 11:00-red.) uçuşu üç saat yarım gecikib:
"Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər".
Məlumat ictimailəşəndən sonra aviaşirkətin veb saytında Moskvadan Gəncəyə uçuşun saat 15:35-ə planlaşdırıldığı bildirilirdi.
