Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı orta məktəbdə dəhşətli yanğın olub.
Oxu.Az pressaz.com saytına istinadən xəbər verir ki, yanğın məktəb həyətindəki ağacların yanmasından yaranıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
FHN əməkdaşlarının çevikliyi nəticəsində çox qısa bir zaman ərzində yanan ağaclar söndürülərək, yanğının yayılmasının qarşısı alınıb.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Milli.Az əlavə edir ki, sözügedən məktəb məşhur meyxanaçı Namiq Qaraçuxurlunun təhsil aldığı məktəbdir.