Bu gün saat 17.00 radələrində Naxçıvanda zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şahidləri Ans press-ə bildirib ki, təkanlar iki dəfə qeydə alınıb.
Dağıntı və tələfat olmasa da binaların silkələnməsi açıq hiss olunub.
Naxçıvan sakinləri zəlzələ mərkəzinin İran ərazisinə düşdüyünü ehtimal edir.
Zəlzələnin gücü barədə dəqiq məlumat yoxdur.