Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri və müxtəlif qurğuların satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 2 milyon 299 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində üç ədəd nəqliyyat vasitəsi, iki ədəd yük maşını, səkkiz ədəd texniki su maşını, üç ədəd su pompası, 600 metr su pompası borusu (yanğınsöndürən şlanq) və iki ədəd su nasosunun alınması nəzərdə tutulur.
Qaynar xətt:
(055) 224 12 12