Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində aylardır su problemi yaşanır.
Baku TV-nin məlumatına görə, sakinlər suyun təzyiqinin az olduğundan şikayət edirlər. Hətta bəzi hallarda evlərində olan müxtəlif isidici qurğuların sıradan çıxdığını vurğulayırlar.
Naxçıvanın Qaraxanbəyli kəndində PROBLEM: "Qabları yağış suyu ilə yuyuram" - VİDEO
"Qabları yağış suyu ilə yuyuram. Az qala çaydanın suyunu da onunla dolduracağıq. İçmək üçün su almağa pulum yoxdur. Suyu gecə saat 3-də verirlər. Həmin vaxta qədər yatmamalıyam?!" - deyə sakin narazılığını bildirib.