Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazir: "Antibiotiklərin reseptsiz satışı qanun pozuntusudur"
"Antibiotiklərin reseptsiz satışı qanun pozuntusudur".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu məsələ dəfələrlə qaldırılıb və kim bu əməli törədirsə, əvəzini ödəyəcək.
T.Musayev xatırladıb ki, 2024-cü ilin yanvar ayından Azərbaycanda elektron resept tətbiqi istifadəyə verilib:
"Elektron resept üzərindən yazılan dərmanlar Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, Tarif Şurası tərəfindən qiymətləndirilməsi aparılıb.
Həkimlərimiz elektron reseptdən istifadə etsələr, əhali də elektron reseptin istifadəsini tələb etsə, bu problem aradan qaldırılar".
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Euronews"da Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi videosüjet yayımlanıb
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Prezident Ermənistana və onun ağalarına sərt mesajlar verdi
- Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"