Gənclər və İdman naziri Azad Rəhimov Almaniyada müalicə olunan aparıcı Hacı Nuranı ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, teleaparıcı bu haqda İnstaqram səhifəsində məlumat verib:
“Azad müəllim halımı soruşdu, müalicəmlə maraqlandı. Tezliklə tam sağlam Bakıya qayıtmağımı dilədi. Gözəl söhbətindən ləzzət almaqdan doymadım. Azad müəllim, diqqətinizə görə çox sağ olun”.
Qeyd edək ki, şəkildə Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Pərviz Şahbazov da yer alıb.