Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir müavini: "Yaralılar arasında vəziyyəti ağır olanlar da var"
"Yaralılar arasında vəziyyəti ağır olanlar da var".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.
O bildirib ki, gün ərzində ikinci təyyarə ilə xəsarət alan digər yeddi nəfərin gətirilməsi gözlənilir:
"Bakıya gətirilənlər Yeni Klinika xəstəxanasında müalicə olunacaq. Xəsarət alan uşağın vəziyyət orta ağırdır. Vəziyyətləri ağır olan üç nəfər də hazırda Aktau şəhərindədir. Yaralılar müştərək travma alıblar. Evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar Bakıya gətiriləcək, yaralıların durumu sabitləşəndən sonra isə onlar ambulator müalicəyə göndəriləcəklər".
İ.Qasımov, həmçinin qazaxıstanlı həmkarlarına dərin təşəkkürünü bildirib.
"Onlar yüksək peşəkarlıqla tibbi xidmət göstərib, əməliyyatlar icra ediblər. Eyni zamanda, bizim həkimlərimiz də öz töhfələrini verib. Yaralılardan bəzilərində kəllə-beyin travmaları və yüksək hündürlükdən yıxılma nəticəsində ağır zədələr müşahidə olunub. Vəziyyəti ağır olanlardan üç nəfəri hazırda Aktau şəhərində xəstəxanada süni tənəffüs aparatına qoşulublar, müalicələri davam edir. Vəziyyətləri sabitləşdikdən sonra onlar da Azərbaycana gətiriləcəklər. Müştərək travmaların müalicəsi üçün müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə iştirakı zəruridir. Lazım olduqda, universitet klinikalarından da əlavə dəstək alınacaq".
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ necədir?
- Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verildi
- Peru Azərbaycana başsağlığı verib
- Qəzadan sağ çıxan həmyerlimiz: "Yoldaşımla görüşməyə tələsirəm, bircə darıxdığım odur"
- Təyyarə qəzasında atasını itirdiyindən xəbərsiz olan uşaq yas çadırının ətrafında oynayır
Rəylər