Səhiyyə nazirliyinin psixoloq qrupu “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alanların qohumları ilə görüşərək söhbətlər aparıb.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, bu gün səhər tezdən səhiyyə naziri Oqtay Şirəliyev də Neftçilər xəstəxanasına yerləşdirilmiş neftçilərə baş çəkib.