Neftçala rayonunda Kürün dənizə qovuşan hissəsində suda boğulan şəxsin sərxoş olduğu məlum olub.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, Neftçala rayonunun Mayak kəndində İsmayıl Əsədov sərxoş vəziyyətdə Kür çayının Xəzər dənizinə qovuşan hissəsinə yıxılıb və boğulub.
Meyitin sudan çıxarılması üçün tədbirlər görülür.
27.03.2017 (22:23)
Neftçala rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun 2-ci Mayak kəndi ərazisində qeydə alınıb.
Sakinlərin bildirdiyinə görə, hələlik adı məlum olmayan bir nəfər şəxs lilsovuran gəminin altına düşüb.
Həmin şəxsin çıxarılması istiqamətində işlər aparılır.
S.B.
www.oxu.az