Neftçala rayonunda özünü yandıran məktəb direktorunun müavini ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Neftçala şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, 63 yaşlı Alik Mustafa oğlu Novruzovu Bakıdan dəvət olunan həkim və mütəxəssislər müayinə ediblər.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Telman Zahidov bildirib ki, xəstənin vəziyyətinin ağır olduğundan Bakıya göndərilməsi mümkün olmayıb:
"Respublika Yanıq Mərkəzindən xəstəxanaya həkim və mütəxəssislər çağırılıb və onlar Alik Novruzovu müayinə ediblər. Müalicə işləri düzgün aparılıb. Sadəcə xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Neftçala şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşayan, şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, 63 yaşlı Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vuraraq yandırıb.
Bundan xəbər tutan məktəbin pedaqoji kollektivinin səyi nəticəsində alov söndürülüb və hadisə yerinə gələn təcili yardım maşını ilə A.Novruzov Neftçala RMX-ya çatdırılıb. Ona 4 dərəcəli termiki total yanığı alıb. Dörd qız atası olan Alik Novruzovun külli miqdarda borcu olduğu üçün özünü yandırdığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
12:59
Neftçala sakini özünü yandırıb.
Oxu.Az xəbər verir ki, Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.
Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
E.Ə.
www.oxu.az