Bakıda sərnişindaşımada əlil sərnişinlərin hərəkətini rahat təmin etmək üçün yeni avtobuslar gətiriləcək.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, həmin avtobuslara quraşdırılacaq panduslar əlil arabalarında olan sərnişinlərin nəqliyyat vasitəsinə rahat minməsini təmin edəcək.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun sözlərinə görə, ölkəyə gətirilməsi nəzərdə tutulan avtobuslarda əlillərin rahatlığı mütləq nəzərə alınacaq:
“Artıq Nəqliyyat Nazirliyinin mütəxəssisləri, bu istiqamətdə bir neçə ölkə - Koreya, Almaniya, Özbəkistanla danışıqlar aparır. Azərbaycanda fiziki qüsurlu şəxslərin faiz dərəcəsi az olduğuna görə, avtobuslarda yalnız onlar üçün bir köşə nəzərdə tutulub ki, əlillər də onlar üçün ayrılmış yerdən rahat bir şəkildə qalxıb-düşə bilsinlər”.