Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının fonunda işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
— Azerbaijan in Canada (@AzEmbCanada) November 10, 2025