Bu gündən etibarən Avtobus İnformasiya Terminallarında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin iş fəaliyyətini əks etdirən yeni video çarx yayımlanacaq.
Oxu.Az xəbər verir ki, videoda bütün marşrutlar və istiqamətlər haqqında operativ məlumatı necə əldə etmək barədə məlumat verilir.
Bildirilir ki, 141 qaynar xətti vasitəsi ilə NİİM həftənin 7 günü 24 saat ərzində sərnişinlərin xidmətindədir.
NİİM həmçinin videoçarx vasitəsilə sərnişinlərə müraciət edərək, ictimai nəqliyyatla bağlı bütün müraciətləri dinləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzinin fəaliyyəti ilə qurumun Facebook (facebook//niim.gov.az) və Twitter-dəki (@niim_az) ünvanlarına daxil olaraq tanış olmaq mümkündür.
Elvin Əhmədov
www.oxu.az