Ukraynanın Odessa şəhəri yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib.
Ailəsi ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.