Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 10-u saat 21:00-a olan məlumata əsasən, Astara, Lənkəran, Yardımlı, Lerikdə arabir leysan xarakterli yağış yağıb.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 26-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti sentyabrın 11-i səhərədək davam edəcək.
19:02
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, senytabrın 10-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə güclü külək əsib.
Şimal-qərb küləyi arabir Qəbələdə 24 m/s, Neftçalada 20 m/s, Naftalanda 18 m/s, Beyləqan, Naxçıvanda 16 m/s, Şəkidə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 28-33 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.
15:47
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-u saat 14:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaltan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.
Xidmətdən verilən məlumata görə, şimal-qərb küləyi arabir Mingəçevirdə 30 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Beyləqan, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18 m/s, Kürdəmirdə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.0 metrə çatıb.
12:24
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv olub.
Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.
Düşən yağıntının miqdarı: Qaxda 17 mm, Qubada 15 mm, Qusarda 14 mm, Kürdəmir, Oğuzda 10 mm, Qobustan, Gədəbəydə doqquz mm, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl, Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir, Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən, Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac, Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda səkkiz mm-dək, Bakıda və Abşeron yarımadasında isə üç mm-dək olub.
Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan, Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.