Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 942 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza vaksin vurduranların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 64 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 900 619, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 86 401, üç və daha çox doza vaksin vurduranların sayı 3 382 536, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 330 təşkil edir.
