Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb
Azərbaycanın yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidmətinin təşkil etdiyi qarölçmə işlərində birgə iştirak edilməsi məqsədilə mart ayının 7-dən etibarən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərininin aparılması üçün ekspedisiyalar təşkil edilib.
Qarölçmə işləri 36 marşrut üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan MR-nın dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq.
Qaqölçmə işləri Böyük Qafqazın (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar), Kiçik Qafqazın (Daşkəsən, Gədəbəy, Göygöl), Şərqi Zəngəzur və Qarabağ İtisadi rayununun (Kəlbəcər, Laçın, Şuşa, Xocavənd) və Naxçıvan MR-nın (Şahbuz, Ordubad) ərazisindən axan çayların hövzələrində həyata keçirilməklə, qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək onun sıxlığı və sululuğu təyin olunacaq.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib
- Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı
- Zaqataladakı ağacların kəsilməsinə görə cinayət işi açıldı: Vəzifəli şəxs işdən çıxarıldı
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır