Rusiyada döyüşlərdə həlak olmuş əcnəbilərin sayı məlum olub.
Oxu.Az Aze.Az-a istinadən xəbər verir ki, Livanın “Əl-Mənar” telekanalı aşağıdakı rəqəmləri açıqlayıb: Suriyada silahlı münaqişədə 40 mindən çox əcnəbi yaraqlı iştirak edir.
Telekanalın məlumatlarına görə, Suriyada artıq 6113 əcnəbi yaraqlı məhv edilib.
“Əl-Mənar” Avropa araşdırma mərkəzlərinin məlumatlarına istinad edir.
Məlumatlara əsasən, ölənlər arasında Azərbaycandan 21, Səudiyyə Ərəbistanından 729, Misirdən 489, Livandan 439, Qafqazdan 439, Əfqanıstandan 301 yaraqlı var.
Bildirilir ki, öldürülmüş 640 əcnəbi yaraqlı Mojahedin-e Khalq Organization təşkilatını təmsil ediblər.