Bakıda məşhur restoranda yanğın baş verib
Oxu.Az “Ölkə.Az”a xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, paytaxtın Səməd Vurğun küçəsində yerləşən “Niaqara” restoranında yanğın qeydə alınıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, restoranın mətbəxindən çıxan boruda yığılıb qalan yağ qalıqları yanmağa başlayıb.
Birinci çağırışla hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub.
Alovun qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az