Bakıda maraqlı aksiya keçirilir.
Oxu.Az xəbər verir ki, “Urban Art” (Azerbaijan) komandasının nümayəndələri metronun “Azadlıq” stansiyası yaxınlığında divarı “Street art” nümunəsinə çeviriblər.
Rəssam Azər Məmmədlinin yaratdığı əsər hamının marağına səbəb olub.
Qeyd edək ki, bu gənc rəssamın ikinci belə işidir.
“Urban Art” qrupu öz Facebook səhifəsində onlara dəstək olan hər kəsə minnətdarlığını bildirib.
S.B.
www.oxu.az